AZ

Yaxın Şərqdə kritik anlar-İran ABŞ-ın sülh təklifinə öz şərtlərini diktə etdi

Yaxın Şərqdə aylardır davam edən qanlı münaqişənin dayandırılması istiqamətində Vaşinqton və Tehran arasında pərdəarxası diplomatik döyüş kəskinləşib.

Musavat.com xəbər verir ki, İran tərəfi ABŞ-ın müharibəyə son qoymaq məqsədilə irəli sürdüyü sonuncu sülh təklifinə rəsmi cavabını göndərib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai mətbuata açıqlamasında Tehrandakı rəhbərliyin münaqişənin nizamlanmasına yönəlmiş yeni Amerika planı ilə bağlı öz xüsusi qeydlərini və şərtlərini Vaşinqtona rəsmən ötürdüyünü bəyan edib. Diplomatın sözlərinə görə, iki ölkə arasında birbaşa diplomatik əlaqələr kəsildiyi üçün tərəflər arasında gərgin təmaslar Pakistan vasitəçiliyi ilə intensiv şəkildə davam etdirilir. Baqai xüsusilə vurğulayıb ki, İran bu prosesdə öz təhlükəsizlik qayğılarını və rəsmi narahatlıqlarını ABŞ tərəfinin diqqətinə tam çatdırıb.

Qeyd edək ki, bundan əvvəl İran mediası Ağ Evin irəli sürdüyü şərtlərin "həddindən artıq və qəbulolunmaz" olduğunu, Tehranın öz suverenliyini təhlükəyə atacaq heç bir güzəştə getməyəcəyini yaymışdı.

Hərbi ekspertlər hesab edirlər ki, İranın bu son gedişi regional atəşkəsin taleyini həll edəcək. 



Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr