AZ

Bu Forum 150 milyard dollar zərərin bərpa prosesini təqdim edəcək - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Türk Dövlətləri Təşkilatı Azərbaycanın hazırki sədrliyi dövründə beynəlxalq mövqelərini möhkəmləndirir. “Türk Dövlətləri Təşkilatı plus” formatında yeni tərəfdaşlar, imkanlar və əməkdaşlıq perspektivləri araşdırılır”.

Bunu Hafta.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Deputat TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışı zamanı xatırladıb ki, hazırda 35 sahədə Türk Dövlətləri Təşkilatı, onun üzv dövlətləri əməkdaşlıq həyata keçirir. BMT-də müşahidəçi statusu almaq, eləcə də digər beynəlxalq hüquq subyektlərinə TDTdə müşahidəçi statusu verilməsi istiqamətində də fəaliyyət hədəflənib. Bu məsələ ötən il Qəbələdə keçirilən Zirvədən sonra qəbul olunan yekun sənəddə də öz əksini tapıb:

“Həmin Qəbələ sammitində ilk dəfə olaraq Türk dünyasının tarixində təhlükəsizlik və sülh, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılıb. Bunun əsasında isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi, siyasi-diplomatik səyləri ilə təmiin edilmiş Azərbaycanın Qarabağ zəfəri dayanır. Biz ərazi bütövlüyü, suverenliyimizi və milli ləyaqətimizi bərpa etdik. Milli ləyaqətin bərpasından bütün türk dünyasına pay düşür.

Qələbəmizin rəmzlərindən olan Şuşa, Türküstan şəhəri ilə qardaşlaşdı. Həmin qədim türk məkanında rəqəmsallaşmaya həsr olunmuş qeyri-rəsmi sammit keçirildi. Çünki 1926-cı ildə keçirilmiş I Türkologiya Qurultayının davamçıları olan bugünkü nəsil, babalarımızın ideyalarını yeni üsullarla, rəqəmsal formatda həyata keçirməlidir. Çünki yarımçıq qalmış arzular, ideyalar var və bizlər həmin arzuları müasir dövrün tələblərinə uyğun şəkildə reallaşdırmalıyıq”,- deputat bldirib.

R.Nəbiyev vurğulayıb ki, bu mənada, Bakıda başlayan məskunlaşmaya həsr olunmuş BMT-nin nüfuzlu beynəlxalq forumu xüsusilə diqqət çəkir:

“Bu Urban forumu işğal nəticəsində torpaqları dağıdılmış, 150 milyard ABŞ dollarından çox zərər vurulmuş bir ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində həyata keçirdiyi fəaliyyəti təqdim edəcək”.

Seçilən
1
hafta.az

1Mənbələr