AZ

Ukrayna millisinin yeni baş məşqçisi açıqlandı

style='margin-bottom:10px;'>

Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu haqda yerli federasiya məlumat yayıb.

Yığma italiyalı məşqçi Andrea Malderaya həvalə olunub. 55 yaşlı mütəxəssislə  2 illik müqavilə imzalanıb. O, Ukrayna milli komandasına rəhbərlik edən ilk əcnəbi olacaq.

Malderanın son iş yeri "Marsel" olub və o, həmyerlisi Roberto De Zerbinin məşqçilər heyətində heyətində yer alıb.

O, "Milan"da Massimiliano Alleqri, Leonardo, Filippo İnzagi və Klarens Zeedorfun məşqçilər heyətində də çalışıb, 2016-cı ildən 2021-ci ilə qədər Ukrayna millisində baş məşqçi Andrey Şevçenkonun heyətində yer alıb.
 

Seçilən
37
teleqraf.com

1Mənbələr