
Pakistan tərəfi Yaxın Şərqdəki münaqişənin dayandırılmasına dair İranın yenidən işlənmiş təklifini ABŞ nümayəndələrinə ötürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistanın rəsmi mənbəyinə istinadən məlumat yayıb.
"Vaxtımız tükənir", — deyə mənbə bildirib. O, həmçinin əlavə edib ki, hər iki tərəf "öz hədəflərini mütəmadi olaraq dəyişir".
Məryəm Quliyeva