AZ

Trampla bağlı ilginc iddia

ABŞ Prezidenti Donald Trampın Ağ Evə helikopter meydançası tikdirməyi planlaşdırdığı iddia olunur.

"Cebheinfo.az" xəbər verir ki, “The Wall Street Journal” qəzetinin mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Tramp yeni “Marine One” helikopterlərinin Cənubi Qazon çəmənliyinə zərər verməsinin qarşısını almaq üçün Ağ Ev ərazisində helikopter meydançası inşa etdirmək niyyətindədir.

Rəsmilər bildiriblər ki, yeni helikopterlərin egzoz qazları xüsusilə isti və quru hava şəraitində torpaq örtüyünü yandıra bilər. “VH-92A” tipli helikopterin Ağ Evə eniş etməsi üçün illərlə alternativ həll yolları axtarılsa da, nəticə əldə olunmadığı üçün helikopter meydançasının tikintisi qərara alınıb. Ağ Ev isə məsələ ilə bağlı sualları cavablandırmayıb.

Bildirilir ki, sözügedən helikopter meydançası Trampın ikinci prezidentlik dövründə Ağ Ev kompleksində həyata keçirilən son dəyişiklik olacaq.Bundan əlavə, ABŞ Prezidentinin yay aylarında Floridadakı Mar-a-Lago malikanəsində də helikopter meydançası tikdirməsi gözlənilir.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr