BƏƏ-nin Nüvə Tənzimləməsi üzrə Federal Orqanı (FANR) bildirib ki, İran pilotsuz təyyarəsinin yaxınlıqda qəzaya uğramasından sonra “Baraka” Atom Elektrik Stansiyasında radioaktiv sızma baş verməyib.
Bəyanatda ictimaiyyət və ya ətraf mühit üçün heç bir təhlükə olmadığı və heç kimin xəsarət almadığı bildirilib. Agentlik vəziyyəti izləməyə davam etdiyini vurğulayıb. FANR həmçinin qeyd edib ki, ölkənin yeganə nüvə elektrik stansiyası yüksək təhlükəsizlik standartlarına uyğun olaraq tikilib və bir neçə müstəqil müdafiə təbəqəsini əhatə edir.
BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri bazar günü hücum zamanı iki pilotsuz təyyarəni ələ keçirib, üçüncüsü isə Əl-Dəfra bölgəsindəki “Baraka” Atom Elektrik Stansiyasının daxili perimetri xaricindəki generatora dəyərək yanğın törədib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”