AZ

ISW: Rusiya artıq Moskvanı belə qorumağa qadir deyil

Ukraynanın 17 mayda Moskva və Moskva vilayətinə endirdiyi zərbə Rusiyanın hətta paytaxtını belə effektiv müdafiə edə bilmədiyini göstərib...

Poliqon xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildiriblər.

Analitiklərin qiymətləndirməsinə görə, Rusiya hava hücumundan müdafiə sistemlərinin (PVO) zəifliyi rusiyalı hərbi blogerlər və "hərbi müxbirlər" arasında ciddi narazılıq yaradıb. Onlar Moskvanın müdafiə sistemində ciddi boşluqları tənqid edib və hətta cavab olaraq taktiki nüvə silahının istifadəsi də daxil olmaqla daha sərt addımlar çağırışı ediblər.

Hərbi blogerlər Moskva ətrafında dronlara qarşı çoxqatlı və vahid hava hücumundan müdafiə şəbəkəsinin yaradılmasını, həmçinin erkən xəbərdarlıq sisteminin qurulmasını tələb ediblər. Onlar Ukraynanın uzaqmənzilli zərbələrinin miqyas və intensivliyini artırdığını qeyd ediblər. Blogerlərdən biri Rusiyanın mobil interneti söndürməsini bu hücumların qarşısını almaqda səmərəsiz adlandırıb.

ISW bildirir ki, Kreml hücumlara reaksiyada ehtiyatlı davranıb və hadisələrin miqyasını azaltmağa çalışıb. Bu yanaşma hərbi blogerlərin sərt reaksiyasından fərqlənir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın hücumlarını mülki əhaliyə təsir prizmasından tənqid edib, lakin müdafiə sənayesi və enerji infrastrukturuna vurulan zərbələr barədə danışmayıb.

Kreml sözçüsü Dmitri Peskov isə "Rusiyanı nüvə dövlət kimi təhdid etmək olmaz və onun mövcudluğu təhlükə altında ola bilməz" deyib. ISW hesab edir ki, bu bəyanat hücumların ciddiliyini azaltmaq və ictimai gözləntiləri idarə etmək məqsədi daşıyır.

Rusiya dövlət kanallarının reaksiyası isə minimal olub. Birinci kanal, Rossiya-1 və NTV hücumlara cəmi bir neçə dəqiqə ayıraraq əsasən mülki itkilərdən danışıb. Eyni zamanda, onlar Rusiyanın Ukraynaya "cavab zərbələri" endirdiyini iddia ediblər, lakin bu zərbələrin detalları açıqlanmayıb.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr