Bakı, 18 may, AZƏRTAC
Həyata keçirilən inkişaf proseslərinin ətraf mühitə təsirini minimuma endirməyə çalışmalıyıq. Yaşıl enerjidən və texnologiyadan istifadə edilməsi ekoloji davamlılığın təmin olunmasına xidmət edir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiysında (WUF13) iştirak edən Esvatini Krallığının nümayəndəsi Melusi Hlandze deyib.
"Düşünürəm ki, qarşıdakı onillikllərdə qlobal urbanizasiya prosesində mövcud olacaq trendlər sırasında ekosistemimizin inteqrasiyası həlledici rol oynayacaq. Şəhərlərin formalaşdırılması zamanı ekoloji davamlılığın təmin olunması çox vacibdir", - deyə Esvatini nümayəndəsi bildirib.
Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov