AZ

Samokovda daha 2 medal

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatı sona çatıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə millimiz 2 medal qazanıb.

Tunar Həsənov (45 kq) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabıyla qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.

İbrahim Həsənov (51 kq) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elgün Kərimli (92 kq) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.

Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Qabil YUSİFOĞLU XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
12
xalqqazeti.az

10Mənbələr