AZ

WUF13 də icmaların şəhərsalma proseslərinə cəlb edilməsi məsələsi gündəmə gətirilib

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İcmalar yardımın formal alıcıları olmaqla yanaşı, həm də bütün inkişaf proseslərinin mərkəzində olmalıdır.

"Report"un məlumatına görə, bunu Yerli İcmalar və Vətəndaş Cəmiyyəti Assambleyasının nümayəndəsi Nalini Çavla Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Assambleyaların birgə yekun dialoqunda bəyan edib.

"Qaldırdığımız məsələlər arasında köçürülmə problemi də yer alıb. Biz bəyan etdik ki, bütün növ köçürülmələrə son qoymaq lazımdır", - o deyib.

Çavlanın sözlərinə görə, qanunların icmaları qoruduğu, icmaların özlərinin isə torpağa çıxışının və mənzil mülkiyyəti hüququnun təmin olunduğu şərait yaradılmalıdır.

"Əgər insanlar evlərini tərk etmək məcburiyyətində qalırlarsa, onlara insan ləyaqətinə hörmətlə yaşamağa imkan verən layiqli alternativ təqdim edilməlidir", - Assambleyanın nümayəndəsi vurğulayıb.

O qeyd edib ki, inkişafı icmaların əvəzinə deyil, icmalarla birlikdə planlaşdırmaq çox vacibdir.

"İcmalar bütün inkişaf proseslərinin mərkəzində olmalıdır, yalnız yardımın formal alıcıları olmamalıdır", - Çavla bəyan edib.

Assambleyanın nümayəndəsi həmçinin inklüzivliyin vacibliyini vurğulayıb.

"Bizim qrupda müxtəlif maraqlı tərəflər təmsil olunmuşdu: yaşlı insanlar, əlilliyi olan şəxslər, yerli icmaların nümayəndələri, gecəqondu sakinləri – bir sözlə, real həyat tərübəsi olan insanlar", - o deyib.

Onun sözlərinə görə, üzv dövlətlər bütün maraqlı tərəflərin qərar qəbulu proseslərində iştirakını təmin etməlidir.

Çavla maliyyələşdirmə məsələsinə də toxunub. "Biz heç bir fəaliyyət göstərmədən və həyata keçirilmələri üçün vəsait ayırmadan gözəl yazılmış strategiyalar qəbul etməyə davam edə bilmərik. Strategiyalarımızı rəflərdə toz basmamalıdır", - assambleyanın nümayəndəsi bəyan edib.

Sonda o, hökumətləri yerli icmaların nümayəndələrini bu cür forumlarda iştiraka cəlb etməklə onların öz adlarından danışa bilmələrinə şərait yaratmağa çağırıb.

Çavla həmçinin növbəti Ümumdünya Şəhərsalma Forumunda yerli icmalar üçün məkanın genişləndirilməsinə ümidvar olduğunu bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr