AZ

Rusiya, Çin və ABŞ Avropa İttifaqını parçalamaq istəyirlər – Kallas

Rusiya, ABŞ və Çin bölünmüş Avropada maraqlıdırlar.

Bu barədə 17 may bazar günü “Politico” Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasdan sitat gətirib:

"Bu güclər niyə Avropa İttifaqını məhv etmək istəyirlər? Çünki birlikdə biz daha güclüyük", - deyə o, Tallində keçirilən Lennart Meri Konfransında bildirib. "Onlar Avropa Birliyini sevmirlər, bu, tamamilə aydındır", - Kallas əlavə edib.

"Amma biz onların niyə Aİ0nı sevmədiyini başa düşməliyik. Çünki əgər biz birlikdə dayanırıqsa, birlikdə hərəkət etsək, onda bərabərik, güclüyük", - deyə Aİ-nın Ali Nümayəndəsi vurğulayıb.

Kallas qeyd edib ki, bərabər güc kimi çıxış edə bilən bir blokla müqayisədə daha kiçik olan ayrı-ayrı ölkələrlə işləmək daha asandır. Onun sözlərinə görə, səninlə əla münasibətlərim var, amma Avropa İttifaqını sevmirəm kimi ritorika ABŞ-ın "parçala və hökmranlıq et" strategiyasının bir hissəsidir.

Seçilən
4
1
herbiand.az

3Mənbələr