Tunellərin neçə ilə tikildiyini soruşdu. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğalçılardan azad edildikdən altı gün sonra cənab Prezidentimiz İlham Əliyevin Füzuli-Şuşa yolunun təməlini qoyduğu və 2025-ci il iyulun 3-də açdığı cavabını aldıqda təəccüblə dedi ki, Avropada belə tunelləri heç 20 ilə də inşa edə bilmirlər.
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin korpusunun 7 aya tikildiyini eşidəndə yenə də təəccüblə söylədilər ki, Avropa ölkələrində belə işlər üçün illər sərf edilir.
Qeyd etdiyim bir neçə misal cənab Prezidentimizin rəhbərliyi altında qazanılmış zəfərin əhəmiyyətinin miqyasının nə qədər geniş, təsirinin isə necə böyük və görülən işlərin nəhəng olduğunu digərləri kimi, bir sıra avropalıların da etiraf etdiyini göstərir.
İşğaldan azad edilmiş ərazilərdə heç bir xarici dövlətin və beynəlxalq təşkilatın maliyyə yardımları olmadan, yalnız dövlət büdcəmizin hesabına xəyallara gəlməyən tikinti-quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkün qardaş-bacılarımızın dədə-baba torpaqlarında evlərə, mənzillərə köçrürlməsi ölkəmizdə maliyyə-iqtisadi siyasətin düzgün qurulduğunu, hər bir məsələnin planlı şəkildə görüldüyünü təsdiq edir. Qədrini hamımızın, xüsusən gənclərimizin bilməsində fayda vardır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31