AZ

“Barselona” La Liqa tarixində bütün ev oyunlarını udan ilk klub oldu

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona” İspaniya La Liqası tarixində mövsümün bütün ev oyunlarında (19) qalib gələn ilk komanda olub.

Yeniavaz.com xəbər verir ki, 2025/26 mövsümünün son ev oyununda “Barselona” “Real Betis”i 3-1 hesabı ilə məğlub edib.

Oyun Barselonadakı “Spotify Camp Nou” stadionunda baş tutub.

Oyunu baş hakim Qilyermo Kuadra Fernandes idarə edib.

Hesabı 28-ci dəqiqədə “Barselona”nın braziliyalı cinah oyunçusu Rafinya açıb. 62-ci dəqiqədə Rafinya ikinci qolu rəqib komandanın qapısından keçirib. 69-cu dəqiqədə “Real Betis”in yarımmüdafiəçisi İsko penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb. 74-cü dəqiqədə “Barselona”nın müdafiəçisi Joao Kanselo katalonların üstünlüyünü artırıb.

Bununla da, “Barselona” İspaniya liqasında 37 oyundan 94 xalla vaxtından əvvəl birinci yeri tutub. “Real Betis” isə 57 xalla beşinci yerlə kifayətlənib.

Qeyd edəki ki, 2025/2026-cı il La Liqa mövsümündə “Barselona” bir heç-heçə və beş məğlubiyyətlə üzləşib ki, bunların hamısı səfərdə baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr