AZ

“Barselona” La Liqa tarixində bütün ev oyunlarını udan ilk klub oldu


“Barselona” İspaniya La Liqası tarixində mövsümün bütün ev oyunlarında (19) qalib gələn ilk komanda olub.
Yeniavaz.com
xəbər verir ki, 2025/26 mövsümünün son ev oyununda “Barselona” “Real Betis”i 3-1 hesabı ilə məğlub edib.
Oyun Barselonadakı “Spotify Camp Nou” stadionunda baş tutub.
Oyunu baş hakim Qilyermo Kuadra Fernandes idarə edib.
Hesabı 28-ci dəqiqədə “Barselona”nın braziliyalı cinah oyunçusu Rafinya açıb. 62-ci dəqiqədə Rafinya ikinci qolu rəqib konandanın qapısından keçirib. 69-cu dəqiqədə “Real Betis”in yarımmüdafiəçisi İsko penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb. 74-cü dəqiqədə “Barselona”nın müdafiəçi Joao Kanselo katalonların üstünlüyünü yenidən artırıb.
Bununla da “Barselona” İspaniya liqasında 37 oyundan 94 xalla vaxtından əvvəl birinci yeri tutub. “Rael Betis” isə 57 xalla beşinci yerlə kifayətlənib.
Seçilən
14
1
yeniavaz.com

2Mənbələr