AZ

Uğur İbrahim Altay: Mənzil məsələsi urban gündəliyinin mərkəzində dayanmalıdır

Bakı, 18 may, AZƏRTAC

Mənzil təminatı şəhərsalma siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilməli və fundamental insan hüququ kimi dəyərləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Assambleyaların birgə bağlanış sessiyasında “Müxtəlif səsləri ortaq prioritetlərə və əməli öhdəliklərə necə çevirə bilərik” mövzusunda təşkil olunan müzakirədə çıxış edən Konya şəhərinin bələdiyyə başçısı Uğur İbrahim Altay səsləndirib.

O bildirib ki, mənzil insan ləyaqətinə uyğun həyatın əsas şərtlərindən biridir.

“Biz hesab edirik ki, mənzil məsələsi urban gündəliyinin mərkəzində dayanmalıdır. Çünki mənzil yalnız yaşayış yeri deyil, həm də təhlükəsizlik, dayanıqlılıq, sosial uyğunlaşma, ictimai iştirakçılıq və demokratik həyatın əsasını təşkil edir. Mənzil siyasətində əsas prinsip kommersiya maraqları deyil, sosial ədalət və insan hüquqları olmalıdır.

Mənzil ədaləti o deməkdir ki, prioritet mənfəət deyil, insan hüquqlarıdır. Mənzil yalnız iqtisadi investisiya vasitəsi kimi deyil, sosial və ekoloji funksiyaları nəzərə alınaraq qiymətləndirilməlidir”, – deyə o bildirib.

Fotoqraf - Aydın Məmmədov

Seçilən
17
1
azertag.az

2Mənbələr