ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
“Bugünkü gün yalnız Azərbaycan üçün deyil, bütün dünya şəhər ictimaiyyəti üçün mühüm mərhələdir”.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunan rəsmi mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev deyib.
Onun sözlərinə görə, yaxın günlərdə Bakı hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, elmi dairələrin, vətəndaş cəmiyyətinin, gənclərin, qadınların, özəl sektor və yerli icma təmsilçilərinin əsas görüş məkanına çevriləcək. Bütün iştirakçıları bir məqsəd birləşdirir — hər kəs üçün daha yaxşı şəhər gələcəyinin formalaşdırılması.
Leyla Mirzə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.