Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfərə yollanıb.
AzNews.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.
Kobaxidze tədbirdə çıxış edəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.