AZ

Andrey Yermak azadlığa BURAXILDI

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak üçün 140 milyon qrivna məbləğində girov ödənilib və o, azadlığa buraxılıb.Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Ali Antikorrupsiya Məhkəməsindən məlumat verilib.

 

Məlumata görə, girov vəsaiti həftəsonu tam yatırılıb, lakin ödənişlərin məhkəmə tərəfindən təsdiqlənməsi proseduru yalnız iş günlərində həyata keçirilir. Bu səbəbdən Andrey Yermak mayın 16-17-də istintaq təcridxanasında saxlanılıb.

Xatırladaq ki, Andrey Yermak ötən həftə Ali Antikorrupsiya Məhkəməsinin qərarı ilə həbs edilib.Onun barəsində 140 milyon qrivna girov qarşılığında iki aylıq həbs qətimkan tədbiri seçilib.Sabiq məmur Kiyev yaxınlığındakı Kozin qəsəbəsində elit yaşayış komplekslərinin tikintisi zamanı korrupsiya sxemi vasitəsilə təxminən 460 milyon qrivnanın leqallaşdırılmasında şübhəli bilinir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
bizim.media

2Mənbələr