AZ

Mali nümayəndəsi: Bakı inkişaf etməkdə olan ölkələr üçün dayanıqlı şəhər modeli baxımından nümunə ola bilər

Bakı, 18 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhərlərin inkişafı istiqamətində təcrübə mübadiləsi üçün mühüm platformadır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mali nümayəndə heyətinin üzvü Arabiya Ture deyib.

O, tədbirin iştirakçılara dayanıqlı və davamlı şəhərlərlə bağlı müxtəlif yanaşmaları bölüşmək, həmçinin digər ölkələrin təcrübəsini öyrənmək imkanı yaratdığını bildirib:Mənzil çatışmazlığı bir çox ölkələr üçün aktual problem olaraq qalır və bu sahədə texniki və maliyyə tərəfdaşlıqları böyük əhəmiyyət daşıyır”.

Arabiya Ture Bakıda müşahidə etdiyi inkişaf və urbanizasiya prosesinin onda müsbət təəssürat yaratdığını vurğulayıb.

“Bakı inkişaf etməkdə olan ölkələr üçün dayanıqlı şəhər modeli baxımından nümunə ola bilər”, - deyə o vurğulayıb.

 

Seçilən
14
azertag.az

1Mənbələr