AZ

Sabah da yağış yağacaq -PROQNOZ

Mayın 18-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Havanın temperaturu gecə 14-16°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət 65-75% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-16°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 11-16°, bəzi yerlərdə 19-23° isti olacaq.

Seçilən
24
49
senzor.az

10Mənbələr