AZ

WUF13-ün iştirakçısı: Azərbaycan digər ölkələr üçün nümunə ola bilər

Bakı, 18 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu çox böyük əhəmiyyət daşıyır. Bu platforma dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirir.

Bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak edən keniyalı Vera Bukaçi bildirib.

O hesab edib ki, dayanıqlı şəhər konsepsiyası hər kəsin - qadınların, gənclərin, yaşlıların və uşaqların prosesə daxil edilməsi ilə mümkün olur: “Şəhər planlaşdırması yalnız müəyyən qruplar deyil, bütün cəmiyyət üçün əlçatan olmalıdır”.

Vera Bukaçi Azərbaycanın qlobal dayanıqlı inkişaf gündəliyində rolu barədə də danışıb. “Azərbaycan uğurlu təcrübələrini bölüşərək, digər ölkələr üçün nümunə ola bilər. Eyni zamanda, müxtəlif sahələrdə beynəlxalq təcrübədən öyrənmək və fikir mübadiləsi aparmaq da çox vacibdir", - deyə o vurğulayıb.

Seçilən
15
1
azertag.az

2Mənbələr