Cari mövsüm Premyer Liqa çempionluğu və Azərbaycan Kubokunu qazanan “Sabah” növbəti mövsümün planlamasına start verib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik 3 yerli futbolçunu komandada saxlamaq niyyətindədi. Bunlar Xəyal Əliyev, Abdulla Xaybullayev və Rəhman Daşdəmirovdu. Adıçəkilən futbolçulara yeni sözləşmə təklif ediləcək.
Futbolçular da “Sabah”da qalmağa müsbət yanaşır. Onların klub rəhbərliyinin təklifini qəbul edərək yeni müqaviləyə qol çəkəcəklər.
Digər yerli oyunçular – Amin Seydiyevlə Tellür Mütəllimovla isə danışıqlar aparılacaq aparılacaq. Bu futbolçuların klubda qalıb-qalmayacağı hələlik bəli deyil. Müdafiəçilərin növbəti mövsüm “Sabah”da olmamaq ehtimalı var.
Yaxın günlərdə onların “bayquşlar”dakı taleyi bəlli olacaq.
Həsən Quluzadə