AZ

WUF13 ən böyük sessiya kimi tarixə düşür:34 min iştirakçı qeydiyyatdan keçib

“Çox gözəl bir vaxtda konfransı keçiririk. Bu günkü çətinliklər daha tez koordinasiyalı fəaliyyət tələb edir. Bakıda bu sessiyadayıq. Doğrudan da dünyamız dəyişir. Böhranlar baş verir. Azərbaycan rəhbərliyinə təşəkkür edirik, bu gözəl imkana görə. Biz dayanıqlı şəhərləri müzakirə etmək üçün buradayıq”.

Redaktor.az xəbər verir ki, bu fikirləru WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirdi. 

“3 milyarda yaxın insan qeyri-adekvat şəraitdə yaşayır. 1 milyarddan çox insan gecəqondularda yaşayır. Bu, sistemli qlobal böhrandır. Bu çətinliklər bir-birindən ayrı deyil. Bu, struktur problemlərini ortaya çıxarır. Söhbət təkcə yaşayış yerindən getmir. Burada ləyaqət və imkan məsələsi də var. Yaşayış yeri daxili məsələdir, investisiya isə bizdən asılıdır.

Yaşayış yerləri şəhərsalmanın mərkəzində dayanmalıdır. BMT-nin Baş Assambleyası tərəfindən forum təsis edildikdən sonra bu platformaya çevrilib. Dayanıqlı urbanizasiya ilə bağlı danışıqlar gedir. Bakıda toplaşaraq Azərbaycanın rolunu daha aydın görürük.

WUF 13 indiyədək baş tutmuş ən böyük sessiyadır. 34 mindən çox iştirakçı qeydiyyatdan keçib. Dövlət təmsilçiləri, nazirlər və digər nümayəndələr burada iştirak edir”.

Aytəkin TOFİQQIZI

Seçilən
30
1
redaktor.az

2Mənbələr