AZ

Azərbaycanda çox adam bu məzuniyyət növündən xəbərsizdir AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı qanunvericilikdəki yeniliklər ailə daxili münasibətlərdə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Yeni doğulan körpənin ilk günlərində atanın ananın yanında olması həm psixoloji, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Lakin bu humanist addım iş dünyasında müəyyən bürokratik çətinliklərlə qarşılaşıb. Bir çox işçi, işəgötürənlərin bu məzuniyyəti verməkdən müxtəlif bəhanələrlə boyun qaçırdığını və ya bunu illik məzuniyyət hesabına rəsmiləşdirməyə çalışdığını bildirir. Əmək hüquqlarının qorunması və bu imtiyazdan yararlanmaq istəyənlər üçün qanunun tələbləri olduqca konkret və sərtdir. İşəgötürənin subyektiv yanaşması və ya müəssisə daxili qaydalar qanundan üstün ola bilməz.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, əmək məzuniyyəti illik hər kəsdə olmalıdır:“Yəni ki, atalıq məzuniyyəti ondan asılı deyil. Yəni hər kəsin iş stajına uyğun ildə azı 21 gün əmək məzuniyyəti var. İş stajına, tutduğu vəzifəyə uyğun olaraq ondan da çox olur. Yəni atalıq məzuniyyətinin ona heç bir aidiyyəti yoxdur. Əgər kişinin ailəsində uşaq doğulubsa, o tibb müəssisəsindən arayış təqdim edir və 14 təqvim günü ona verilməlidir. Və əgər işəgötürən vermirsə, Dövlət Əmək Müfəttişliyinə vətəndaş şikayət eləyə bilər, məhkəməyə verə bilər və sairə. Bundan əlavə, atalıq məzuniyyəti sosial baxımdan da mühüm əhəmiyyət daşıyır və ailənin ilk günlərində atanın iştirakı vacib hesab olunur. Bu müddət ərzində işçinin əmək hüquqları, o cümlədən iş yeri və vəzifəsi qorunub saxlanılır. İşəgötürən bu hüququ məhdudlaşdıra bilməz və hər hansı təzyiq göstərilməsi qanun pozuntusu sayılır”.Hazırda əsas problem vətəndaşların öz hüquqlarını kifayət qədər bilməməsi və işini itirmək qorxusu ilə səssiz qalmasıdır. Halbuki qanun bu prosesdə ataların tərəfindədir və işəgötürənlərin qanunsuz tələblərinə qarşı ciddi sanksiyalar nəzərdə tutulur.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
demokrat.az

2Mənbələr