ain.az, Sherg.az saytına istinadən bildirir.
Gürcüstan orta aylıq əmək haqqına görə region ölkələri arasında dördüncü, dünyanın 101 ölkəsi arasında isə 76-cı yerdədir.
24News.ge xəbər verir ki, Numbeo tədqiqat təşkilatının statistikasına görə, vergilərdən sonra Gürcüstanda orta əmək haqqı 562 dollardır.
Gürcüstanın qonşu ölkələrində vergilər çıxıldıqdan sonra orta aylıq əmək haqqı belə görünür:
Türkiyə - 1059 dollar (52-ci yer);
Rusiya - 916 dollar (56-cı yer);
Ermənistan - 724 dollar (66-cı yer);
Gürcüstan - 562 dollar (76-cı yer);
Azərbaycan - 433 dollar (84-cü yer).
Bundan əlavə, araşdırılan ölkələr arasında ən yüksək orta əmək haqqı İsveçrədədir - 7564 dollar. Ən aşağı əmək haqqı isə Kubadadır - 37 dollar.
Digər ölkələrlə müqayisədə ən yüksək əmək haqqına malik 5 ölkə:
İsveçrə - 7.564 dollar;
Lüksemburq - 5595 dollar;
Sinqapur - 4394 dollar;
ABŞ - 4328 dollar;
Danimarka - 4263 dollar.
Digər ölkələrlə müqayisədə daha aşağı əmək haqqı olan 5 ölkə:
Kuba - 37 dollar;
Nigeriya - 76 dollar;
Misir - 139 dollar;
Pakistan - 183 dollar;
Nepal - 210 dollar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.