AZ

Məşhur aktyor Eşref Rüya nın finalından danışdı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kanal D-nin məşhur layihəsi "Eşref Rüya" ətrafında sular durulmaq bilmir. Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda çəkildiyi serialın gözlənilməz final qərarı izləyiciləri şoka salmışdı. Əslində mövsüm finalına hazırlaşan ekran işinin birdən-birə bitirilməsi aktyor heyəti üçün də sürpriz olub.Serialda Kadir obrazını canlandıran Görkem Sevindik jurnalistlərin suallarını cavablandırarkən maraqlı məqama toxunub. Aktyor serialın final edəcəyindən tamamilə xəbərsiz olduğunu bildirib. Tələsdiyi üçün geniş açıqlama verməyən Sevindik bu qərarın onun üçün də gözlənilməz olduğunu gizlətməyib.Xatırladaq ki, serialın bitmə səbəbləri barədə artıq bəzi iddialar var. Reytinqlərin aşağı düşməsi və ssenarinin tükənməsi ilə yanaşı, başrol ifaçısı Çağatay Ulusoyun layihədən ayrılmaq istəməsi final qərarını qaçılmaz edib. Hazırda çəkiliş meydançasında yaranan bu qeyri-müəyyənlik fanatlar tərəfindən geniş müzakirə olunur.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr