2026-cı il mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində Azərbaycan-Türkmənistan QHT-lərinin I Əməkdaşlıq Forumu baş tutub.
Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən toplantıda spikerlər Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin sədri Aynur İbrahimova, “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli, Türkmənistandakı CAREC Layihə Ofisinin direktoru Mergen Kepbanov, “Tebigy Kuwwat” İctimai Birliyinin rəhbəri Berkeli Atayev, “Taze Zaman” İctimai Birliyinin rəhbəri Mubarak Qurbanov olublar