AZ

Səhvən əvəzləndi, hakimə əsəbləşdi Video

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhvən əvəzləndi, hakimə əsəbləşdi - Video

Braziliya A Seriyasında keçirilən “Santos” - “Koritiba” matçında hakim səhvi Neymarı əsəbləşdirib.

QOL.az xəbər verir ki, ESPN nəşrinin məlumatına görə, Neymar ikinci hissədə sağ baldırındakı ağrı səbəbindən tibbi yardım alarkən “Santos”un məşqçilər heyəti 31 nömrəli Eskobarın əvəzlənməsi üçün vərəqə təqdim edib. Lakin dördüncü hakim səhvən Neymarın geyindiyi 10 nömrəni göstərib.

Yanlışlıqdan xəbərsiz olan braziliyalı futbolçu yenidən meydana qayıtsa da, komanda yoldaşı Robinyo Juniorun onun əvəzinə oyuna daxil olduğunu görəndən sonra vəziyyəti anlayıb. Bundan sonra Neymar əsəbiləşib və hakimlərə etiraz edib.

Qeyd edək ki, matç "Santos"un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
qol.az

3Mənbələr