AZ

İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi

Rusiyalı sahibkar Dövlət Ermitaj Muzeyindəki Böyük İmperator Taxtını ələ keçirib və orada monoloq oxuyub.

Publika.az xəbər verir ki, bu barədə "Fontanka SPB Online" "Telegram" kanalı məlumat yayıb.

Hadisə mayın 17-də Georgiyevski zalında baş verib. Leninqrad vilayətinin Qorbunki kəndindən olan 46 yaşlı biznesmen Sankt-Peterburqdakı muzeyə kağızlar gətirib, pyedestala çıxıb və ucadan mətn oxumağa başlayıb. Şahidlərin sözlərinə görə, onun çıxışında rüşvət, kreditlər və müflisləşmə barədə ifadələr yer alıb.

Ermitaj əməkdaşı ona mane olmağa çalışarkən, həmin şəxs bıçaq çıxararaq onu hədələyib. Bundan sonra bütün ziyarətçilər zaldan çıxarılıb. Qeyd olunub ki, rusiyalı sahibkar Rusiya Qvardiyasının (Rosqvarda) əməkdaşları tərəfindən saxlanılaraq Mərkəzi rayonun polis bölməsinə aparılıb.

Seçilən
20
publika.az

1Mənbələr