AZ

Əvəzedicilər Liqası: “Qəbələ” 5, “Turan” 4 qola sevindi – ARENA.AZ

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 26-cı turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Şamaxı-2” “Qəbələ-2” ilə oyunda darmadağına üzülübdürsə, “Zirə-2” də “Turan Tovuz-2” ilə görüşdə oxşar aqibətlə üzləşib.

26-cı turun qalan görüşləri mayın 18-də və 20-də keçiriləcək.

Əvəzedicilər Liqası
26-cı tur
16 may

“Sabah-2” – “Neftçi-2” 2:0
Qollar: Nihat Cabbarov, 53. Şahin İbrahimov, 86.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Elman Kərimov, Ləman Əmirli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bayıl Arena”, 16:00.

17 may

“Şamaxı-2” – “Qəbələ-2” 1:5
Qollar: Abdullahi Şuaybu, 56 – Rəvan Əsədov, 39; 90. Turan Manafov, 45+1. Nasiru Salihu, 48; 52.
Hakimlər: Xəlil Xəlilov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 14:00.

“Zirə-2” – “Turan Tovuz-2” 1:4
Qollar: Yusif Hacıyev, 85 – Nihat Qurbanzadə, 32. Fərid Cabbarlı, 46-öz qapısına. Elçin Qasımov, 51. Pərvin Rəşidov, 71.
Hakimlər: Murad Səlimov, Əkbər Əliyev, Sadiq Əliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 17:00.

18 may

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2”
Hakimlər: Fəridə Lütfəliyeva, Sənan Atayev, Rəhman Aslanov, Vüqar Alıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 17:00.

20 may

“Qarabağ-2” – “Kəpəz-2”
Hakimlər: Nicat İsmayıllı, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Mehdi Yusifov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 17:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
2
arena.az

10Mənbələr