AZ

Stefan El-Şaaravi “Roma” ilə vidalaşdı – ARENA.AZ

İtaliyanın “Roma” komandasının sol vingeri Stefan El-Şaaravi 2025/2026-cı illər mövsümünün sonunda paytaxt klubundan ayrılacaq.

Arena.az bu barədə təcrübəli futbolçu sosial şəbəkə hesablarında məlumat yayıb.

33 yaşlı italiyalı vingerin klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Tərəflər yeni müqavilə bağlamaqda maraqlı olmadıqları üçün vidalaşmağa qərar veriblər.

2015-2019 illərdə də “Roma”da çıxış etmiş futbolçu 2021-ci ilin yanvarında yenidən bu kluba qayıtmışdı. Cari mövsümdə El-Şaaravi “canavarlar”ın heyətində 27 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun paytaxt klubunda karyerası bütövlükdə 347 oyun, 65 qol və 50 assistdən ibarətdir.

İtaliyalı vinger karyerası ərzində “Cenoa”, “Padova”, “Milan”, “Monako” və “Şanxay Şenhua” kimi klublarda da forma geyinib. O, İtaliya millisində keçirdiyi 32 oyunda 7 qol, 4 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
6
arena.az

10Mənbələr