AZ

Yannik Şuster “Brentford”da – 18 milyon avroluq transfer! – ARENA.AZ

Avstriyanın “Zalsburq” klubunun 20 yaşlı mərkəz müdafiəçisi Yannik Şuster növbəti mövsümdən “Brentford”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi 20 yaşına ötən gün qədəm qoymuş futbolçunun transferi üçün “Zalsburq”a 18 milyon avro ödəyib. Tərəflər müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş müqaviləyə imza atıblar.

Yannik Şuster “Zalsburq”un öz yetirməsi hesab edilir. O, bir müddət “Liferinq”də icarədə də olub, 39 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mərkəz müdafiəçisi bu mövsüm “Zalsburq”un əsas heyətində möhkəmlənməyi bacarıb. O, bütün turnirlər çərçivəsində 30 oyuna çıxıb, 1 qol vurub, 1 assist müəllifi olub.

Avstriyanın U-16, U-18 və U-19 yığmalarında da oynamış Şuster hazırda U-21-in formasını geyinir.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
29
8
arena.az

10Mənbələr