AZ

Mövlud Çavuşoğlunun güllələnən qardaşı vəfat etdi

Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, 12 gün əvvəl ofisində ağır yaralı vəziyyətdə tapılan Aydın Çavuşoğlu reanimasiyada yaşam mübarizəsi aparıb.

Onun cənazəsinin mayın 18-i saat 14:00-da Türklər Mərkəz Qəbiristanlığına dəfn ediləcəyi bildirilib.

Seçilən
14
5
sitat.info

10Mənbələr