AZ

Xabi Alonso “Çelsi”də – Rəsmi – ARENA.AZ

İspaniyalı futbol mütəxəssisi Xabi Alonso 2026/2027 mövsümündən etibarən İngiltərənin “Çelsi” komandasına baş məşqçilik edəcək.

Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Alonso ilə 4 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. İspan məşqçi London təmsilçisindəki işinə iyulun 1-də başlayacaq.

Xatırladaq ki, 45 yaşlı mütəxəssisin sonuncu iş yeri “Real” olub. O, bu ilin yanvar ayında Madrid klubundan ayrılandan bəri işsiz idi.

Xabi Alonso 2025-ci ilin yayında “Real”a baş məşqçi təyin edilmişdi. Paytaxt təmsilçsi onun rəhbərliyi altında bütövlükdə 34 oyuna çıxıb, 24 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət görüb.

Alonso “Real”dan öncə “Real Sosyedad”ın B kollektivinə və Almaniyanın “Bayer” komandasına da rəhbərlik edib. Onun xüsusilə Leverkuzen təmsilçisindəki fəaliyyəti çox uğurlu alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
45
8
arena.az

10Mənbələr