AZ

Mersin limanında "yük" partlayışı - 667 min tonu kim daşıdı? (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026 - cı ilin aprel ayında Türkiyənin Mersin limanı 667 min 268 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında üzən 33 min 889 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 604 min 569ton yük daşınıb.

2026 - ci ilin aprel ayında Mersin limanından tranzit 17 min 695 ton yük aşırılıb.

Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 4 min 871 gəmi qəbul edib.

Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən 3 min 248 gəmi daxil olub.

Məlumata görə, eyni dövrdə türk bayrağı altında fəaliyyət göstərən və limanlara qəbul edilən gəmilərin sayı isə 1 min 623 təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 77 milyon 90 min 527 ton yük qəbul edib.

Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə bayrağı altında fəaliyyət göstərən gəmilər vasitəsilə daxili limanlara 11 milyon 554 min 367 ton yük daşınıb.

Məlumata görə, Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən gəmilərlə daşınan yükün həcmi isə 65 milyon 536 min 160 ton təşkil edib.

Açıqlamada qeyd olunub ki, 2026-cı ilin aprel ayında Türkiyə limanlarından ümumilikdə 5 milyon 724 min 594 ton transit yük daşınıb.

Seçilən
1
9
turkic.world

10Mənbələr