ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Hörmüz boğazındakı böhran gəmiçilik şirkətlərini quru yoluna yönəltdi
Hörmüz boğazındakı qismən blokada fonunda nəhəng gəmiçilik şirkətləri yanacaq və yük daşımaları üçün avtonəqliyyat vasitələrindən istifadə etməyə başlayıblar.
"AzPolitika" "Financial Times"a istinadən xəbər verir ki, boğazın bağlanması səbəbindən Şanxay-Fars körfəzi və Qırmızı dəniz marşrutu üzrə qlobal yükdaşıma xərcləri bu həftə rekord həddə çataraq hətta "COVID-19" pandemiyası dövrünün göstəricilərini də geridə qoyub. Nəşrin məlumatına görə, mayın 15-nə olan statusla sözügedən marşrut üzrə standart dəniz konteynerinin daşınma qiyməti kəskin artaraq 980 dollardan 4 131 dollara yüksəlib.
Mövcud vəziyyətlə əlaqədar olaraq bütün iri gəmiçilik şirkətləri Qırmızı dəniz və Oman körfəzindəki limanlardan – o cümlədən Səudiyyə Ərəbistanının Yanbu və Kral Abdulla, həmçinin BƏƏ-nin Füceyrə limanlarından regional nəqliyyat qovşağı hesab olunan BƏƏ-nin Cəbəl Əli, Səudiyyə Ərəbistanının Dammam və İraqın Bəsrə limanlarına doğru quru yolları ilə yükdaşıma marşrutları açıblar.
Prosesə çox sayda yük avtomobili cəlb edilib; belə ki, Səudiyyə Ərəbistanı və İraq İordaniya, Türkiyə və İraqdan böyük həcmdə yük maşınlarının ölkəyə girişinə icraşə veriblər. Bununla belə, qəzet vurğulayır ki, avtonəqliyyat vasitələri Fars körfəzi ölkələrinə Hürmüz boğazı vasitəsilə xidmət göstərən iri konteyner gəmilərinin və quru yük gəmilərinin daşıma imkanlarını yalnız qismən əvəz edə bilir.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.