Oyuna hazırlıq prosesi, heyətdəki itkilər, komandadakı ab-hava haqda məlumat almaq üçün "qırmızı-ağlar"ın baş məşqçisi Yevgeni Kukseviçlə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Komandada çox yaxşı ab-hava var. İntensiv məşqlər edirik. Bizi həlledici oyun gözləyir. Bu ərəfədə hər şey əladı. Bilirik ki, qələbə hava-su kimi lazımdı. Bu üzdən özüm başda olmaqla, hər kəs bu qarşılaşmaya köklənib. Şükür Allaha, ciddi problem, cəzalı futzalçı yoxdu. Yalnız Elan Delonun yüngül zədəsi var. O da oyun gününə qədər özünü toparlayacaq. Qalan oyunçular hamısı yaxşı vəziyyətdədi. Rəqibə də, özümüzə də uğurlar arzularıram. Kim güclüdüsə, o da qalib gəlsin".
KƏNAN BAHADIR