AZ

“Kim güclüdüsə, o da qalib gəlsin” çempionluq oyunundan əvvəl belə dedi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Sabah futzal üzrə yüksək liqada çempionun adına aydınlıq gələcək. Bakı İdman Sarayında keçiriləcək, saat 19.00-da başlayacaq "Neftçi" - "Araz-Naxçıvan" matçında qalib gələn komanda ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazanacaq. O başqa məsələ ki, "sülh" də "ağ-qaralar"ı qane edəcək. Ona görə ki, paytaxt təmsilçisi rəqibdən iki xal öndədi.Oyuna hazırlıq prosesi, heyətdəki itkilər, komandadakı ab-hava haqda məlumat almaq üçün "qırmızı-ağlar"ın baş məşqçisi Yevgeni Kukseviçlə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:

"Komandada çox yaxşı ab-hava var. İntensiv məşqlər edirik. Bizi həlledici oyun gözləyir. Bu ərəfədə hər şey əladı. Bilirik ki, qələbə hava-su kimi lazımdı. Bu üzdən özüm başda olmaqla, hər kəs bu qarşılaşmaya köklənib. Şükür Allaha, ciddi problem, cəzalı futzalçı yoxdu. Yalnız Elan Delonun yüngül zədəsi var. O da oyun gününə qədər özünü toparlayacaq. Qalan oyunçular hamısı yaxşı vəziyyətdədi. Rəqibə də, özümüzə də uğurlar arzularıram. Kim güclüdüsə, o da qalib gəlsin".

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr