AZ

“Rasinq” 14 il sonra yenidən La Liqada! – ARENA.AZ

İspaniya Sequndasında mübarizə aparan “Rasinq” (Santander) komandası 2026/2027-ci illər mövsümündə La Liqada çıxış edəcək.

Arena.az xəbər verir ki, sözügedən komanda Sequndanın 40-cı turunda “Valdayolid”i məğlub etməklə 14 illik həsrətinə son qoyub.

Belə ki, ötən gün İspaniya Sequndasında 40-cı turun oyunları keçirilib. Santander təmsilçisi doğma meydanda “Valyadolid”lə qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən komanda 14 ildən sonra La Liqaya vəsiqəni rəsmiləşdirib.

40 turdan sonra hesabında 78 xal olan “Rasinq” turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyiciləri “Deportivo” və “Almeriya”nı 7 xal qabaqlayır. “Deportivo”nun ehtiyatda bir oyunu olsa da, mövsümün sonuna iki tur qaldığından santanderlilər ilk iki pillədən aşağı düşməyəcək və növbəti mövsüm La Liqada çıxış edəcək.

Qeyd edək ki, Sequndada ilk iki yeri tutacaq komandalar La Liqaya birbaşa vəsiqə qazanırlar. Üçüncü vəsiqənin taleyini isə 3-6-cı yerləri tutacaq komandalar arasında keçiriləcək pley-off oyunları müəyyənləşdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
43
8
arena.az

10Mənbələr