O, Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Nazir müavininin sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerli səviyyədə tətbiqi dayanıqlı inkişafın əsas prioritetlərindən biridir.
Claudio Barbaro qeyd edib ki, milli və yerli könüllü hesabatların inteqrasiyası siyasətlərin yerli, milli və qlobal səviyyədə uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Yeni Şəhər Gündəliyinin aralıq qiymətləndirilməsi çərçivəsində çoxsəviyyəli idarəetməni gücləndirməli, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasını sürətləndirməli və siyasətlər arasında uyğunluğu təmin etməliyik”, – deyə o vurğulayıb.