AZ

“Azərbaycan urbanizasiya sahəsində digər ölkələr üçün nümunə ola bilər” - VİDEO

Azərbaycan urbanizasiya və infrastrukturun müasirləşdirilməsi sahəsində digər inkişaf etməkdə olan ölkələr üçün mühüm nümunə ola bilər.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Malavinin Torpaq, Mənzil və Şəhərsalma Nazirliyinin Mənzil departamentinin direktoru Vezzi Madzi deyib.
 

O bildirib ki, Azərbaycanın şəhərsalma və infrastrukturun yenilənməsi istiqamətində həyata keçirdiyi layihələr inkişaf etməkdə olan ölkələr üçün faydalı təcrübə kimi qiymətləndirilə bilər.


Onun sözlərinə görə, bu təcrübə dayanıqlı şəhər inkişafı və müasir urbanizasiya siyasəti baxımından xüsusi əhəmiyyət daşıyır.


Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr