AZ

Hindistan nümayəndəsi: Mumbayda minlərlə insan gecəqondularda yaşayır

Mumbayda minlərlə insan gecəqondularda yaşayır, yaxud dəmiryolları üzərini özlərinə ev seçiblər.

"Report" xəbər verir ki, bunu Hindistanın Dövlət Şəhərsalma Komitəsinin nümayəndəsi Celine D'cruz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında deyib.

Onun sözlərinə görə, bu problemlərin həlli üçün ən önəmli olan birlik və düzgün qərarların vaxtında qəbul olunmasıdır:

"Yoxsul ölkələrin şəhərlərində vəziyyət gərgindir. İnsanlar çox çətin şərtlər altında özlərinə ev qurublar. WUF13-də müzakirə olunacaq mövzular ətrafında biz də ölkəmiz üçün nəticə çıxaracağıq".

Hindistan rəsmisi bildirib ki, yoxsul və varlı ölkələr arasında öhdəliklər düzgün paylanmalıdır:

"Belə olmasa, müzakirə edilən mövzular tətbiq olunmayacaq. Çünki varlı və yoxsul ölkələr üçün əlçatanlıq eyni deyil".

Seçilən
16
far.az

1Mənbələr