AZ

Çin və ABŞ dünyanı ikiyə böldü – Trampın səfərinin ŞOK PƏRDƏARXASI

“ABŞ və Çin dünyanı öz aralarında bölüblər. Onlar müəyyən məsələlərdə anlaşmaya gəlib və artıq üçüncü bir gücün, fərqli bir səsin ön plana çıxmasına imkan vermək istəmirlər. G7, G20 və uzun illər təriflənən beynəlxalq qurumların əvvəlki təsiri zəifləyir. Qarşımızda yeni bir “G2” modeli formalaşır. Bu iki qlobal güc dünyada yeni nizam qurmağa çalışır”.

Turkustan.az xəbər verir ki, bunu türkiyəli bloger Ömər Doğan deyib.

Onun sözlərinə görə, tərəflər hansı ölkənin nə istehsal edəcəyini, nələri istehlak edəcəyini qarşılıqlı şəkildə razılaşdırırlar:

“Elə bir sistem qurulur ki, artıq dünyaya təkcə silah gücü ilə deyil, şəxsi məlumatlar vasitəsilə də nəzarət etmək mümkün olsun. Görüşlərdə iştirak edən texnologiya nəhənglərinə diqqət yetirin. ABŞ-ın proqram təminatı imkanları ilə Çinin istehsal gücü birləşərək, nəzarətdən çıxmağın çətin olduğu qlobal bir sistem yaradır.

Tayvan və Hörmüz boğazı kimi kritik bölgələr də bu böyük geosiyasi sövdələşmənin sadəcə aləti kimi təqdim olunur. İddialara görə, qapalı qapılar arxasında “mən oranı idarə edim, sən buranı” prinsipi ilə bölgü aparılır.

Bu yanaşmada qlobal böhranların təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış ssenarilərin bir hissəsi olduğu vurğulanır. Televiziya və media isə bu zirvələri “sülh” və “əməkdaşlıq” görüntüsü kimi təqdim edir. Halbuki əsas mesaj budur: əgər masada yeriniz yoxdursa, siz oyunun iştirakçısı deyil, nəticələrinə məruz qalan tərəfsiniz”./Globalinfo.az

Seçilən
3
1
turkustan.az

2Mənbələr