“Şamaxı”dan ayrılacağı gözlənilən baş məşqçi Ayxan Abbasov klubun azarkeşləri ilə vidalaşıb.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 32-ci turunda, “Şamaxı”nın mövsümdəki son ev oyunundan sonra baş verib. Ayxan Abbasovun komandası həmin qarşılaşmada “Turan Tovuz”u məğlub edib (3:2).
Final fitindən dərhal sonra təcrübəli mütəxəssis tribunaya yaxınlaşıb. O, “Şamaxı” azarkeşləri ilə vidalaşıb, fanatlar isə baş məşqçini alqışlarla yola salıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta