AZ

Səudiyyə Ərəbistanı nümayəndəsi: Ölkəmiz görünməmiş şəhər transformasiyasına başlayıb


İddialı “Vision 2030” və qətiyyətli rəhbərlik sayəsində Səudiyyə Ərəbistanı görünməmiş şəhər transformasiyasına başlayıb.

APA xəbər verir ki, bunu Səudiyyə Ərəbistanından olan nümayəndə WUF13 çərçivəsində keçirilən nazirlər iclasındakı çıxışında deyib.

“Bu transformasiya həyat keyfiyyətini və davamlılığı inkişafın əsas prioritetinə çevirib.

Bu yol yalnız planlarla məhdudlaşmadı, konkret nailiyyətlərə çevrildi. Mənzil sahibi olanların nisbətini 47%-dən 66%-dən çox səviyyəyə qaldırdıq və innovativ yaşayış həlləri vasitəsilə Səudiyyə Ərəbistanında bir milyondan ailəyə dəstək verdik.
Biz keyfiyyətli inkişaf proqramlarına başladıq. Sosial mənzil proqramı ehtiyacı olan ailələri dəstəklədi və 50 mindən çox ailənin öz evinə sahib olmasına imkan yaratdı. Beləliklə, onlar ehtiyacdan sabitliyə, yardımdan güclənməyə keçid etdilər.
Bu transformasiyanın mərkəzində biz insanı ön plana qoyduq. Şəhər əlçatanlığı göstəricisini 75%-dən yuxarı qaldırdıq və küçələri avtomobillər üçün deyil, insanlar üçün yenidən layihələndirdik. Daha canlı şəhərlər, daha təhlükəsiz küçələr və daha geniş ictimai məkanlar yaratdıq. Biz dünyaya açığıq və inanırıq ki, şəhərlərin gələcəyi beynəlxalq tərəfdaşlıqlar, bilik mübadiləsi və birgə səylərlə qurulur. Bu gün şəhərlərimiz bir transformasiya hekayəsidir, sabah isə dünya üçün nümunəyə çevriləcək”,- Səudiyyə Ərəbistanından olan nümayəndə bildirib.

Seçilən
14
apa.az

1Mənbələr