AZ

Mirziyoyev Bakıya gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakya işgüzar səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ş.Mirziyoyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Liderlər Sammitində çıxış edəcək. pizza sifarişi

Forum şəhərlərin dayanıqlı inkişafı, əlçatan mənzillə təminat, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, iqlim sabitliyi və mənzil maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunub.

Səfər çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlərin və danışıqların keçirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Seçilən
2
16
yenisabah.az

10Mənbələr