AZ

Həm ucuzdur, həm də dərman kimi faydalıdır – Hamı bu meyvəyə axışır

Çiyələk aşağı kalorili və faydalı meyvələrdən biri hesab olunur.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, 100 qram çiyələyin tərkibində təxminən 33 kalori var. Meyvə C vitamini, lif və kalium baxımından zəngin hesab edilir.

Bildirilir ki, çiyələk antioksidant təsiri göstərərək hüceyrələrin qorunmasına kömək edir. Bundan əlavə, onun beyin fəaliyyətini dəstəklədiyi, immunitetin güclənməsinə yardım etdiyi qeyd olunur. pizza mizza

Mütəxəssislər çiyələyin ürək-damar sağlamlığına da müsbət təsir göstərdiyini vurğulayırlar. Eyni zamanda, bu meyvənin iltihabın azalmasına və qan şəkərinin daha stabil qalmasına dəstək olduğu bildirilir.

Qeyd olunur ki, çiyələyin gündəlik qidalanmaya əlavə edilməsi ümumi sağlamlığa müsbət təsir göstərə bilər.

Mütəxəssislər xüsusilə vurğulayırlar ki, sadalanan faydalar əsasən mövsümündə və orqanik şəraitdə yetişdirilən çiyələklərə aiddir.

Qeyd edək ki, hazırda bazarlarda çiyələyin kiloqramı təxminən 2-7 manat arasında satılır.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
32
2
yenisabah.az

3Mənbələr