AZ

PUTİN NİYƏ POSTSOVET ÖLKƏLƏRİNDƏ “RUS PASPORTU” PAYLAYIR? Sandu açıqladı

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, Vladimir Putin Moldovanın tərkib hissəsi olan Dnestryanı bölgəsinin sakinlərinə Rusiyada yaşamadan və ya rus dilində danışmadan belə Rusiya vətəndaşlığını almağa icazə verən fərman imzalayıb.

“AzPolitika” xəbər verir ki, Moldova Prezidenti Maya Sandu Putinin bu fərmanına kəskin reaksiya verib və qeyd edib ki, Moldova ardıcıl olaraq, Moskvanın ölkə daxilində sabitliyi pozan tədbirləri ilə üzləşir.

Mətbuata açıqlamasında Sandu deyib ki, Dnestryanı sakinləri üçün Rusiya vətəndaşlığını almaq prosesini sadələşdirməklə Putin həm də Ukraynaya qarşı müharibəyə daha çox əsgər səfərbər etmək niyyətindədir. Çünki Rusiya vətəndaşlığı həm də Rusiya ordusunda hərbi xidməti şərtləndirir: "Onların Ukraynadakı müharibə üçün daha çox insana ehtiyacı var. Lakin Ukraynada müharibə başlayandan bəri bölgə sakinlərinin əksəriyyəti Moldova vətəndaşlığını qəbul ediblər, çünki onlar Rusiya vətəndaşlığıyla müqayisədə Moldova vətəndaşlığı ilə özlərini daha təhlükəsiz hiss ediblər".

Putinin bu cür qərarlarının Dnestryanı da daxil olmaqla Moldovanın Aİ üzvlüyünə mane olub-olmayacağına dair suala Sandu belə cavab verib: "Moldovanın onun bir hissəsi olub-olmayacağına yalnız Avropa İttifaqı qərar verə bilər. Rusiyaya bunun heç bir aidiyyatı yoxdur".

Qeyd edək ki, Putin ötən il qondarma Abxaziya və Cənubi Osetiya “respublikaları” sakinlərinə də Rusiya pasportunun verilməsini sadələşdirən fərman imzalayıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
azpolitika.info

1Mənbələr