AZ

Ukrayna Moskvaya kütləvi PUA hücumu edib, ölənlər və yaralananlar var

Moskvaya kütləvi dron hücumu olub.

 

Qaziler.az apa-ya istinadən xəbər verir ki, Moskva hakimiyyəti son 24 saat ərzində region üzərində 120-dən çox dron vurulduğunu açıqlayıb.

Bildirilib ki, Ukraynanın Moskva regionuna dron hücumu nəticəsində Mıtişi şəhər dairəsində dron qalıqları tikilməkdə olan evə düşüb. Nəticədə iki kişi ölüb.

 

Moskva vilayətin Ximki şəhərimdə dron şəxsi evə dəyib, bir qadın ölüb, daha bir nəfər dağıntılar altında qalıb.

 

Krasnoqorsk şəhərində isə dron çoxmənzilli binaya dəyərək bir neçə mənzilə ziyan vurub, lakin xəsarət alan olmayıb.

 

İstra rayonunda dron qalıqları çox mənzilli binaya və altı şəxsi evə düşüb. Nəticədə dörd nəfər xəsarət alıb.

 

Moskva vilayətindəki bir neçə infrastruktur obyektlərinə də dron hücumları edildiyi bildirilib.

 

Moskva meri Sergey Sobyanin regiona dron hücumu nəticəsində 12 nəfərin yaralandığını açıqlayıb.

Seçilən
2
7
qaziler.az

8Mənbələr