Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Milyonlarla qadının gündəlik vərdişi olan yumurtaların soyuducu qapısında saxlanılması əslində ciddi sağlamlıq riskləri yaradır. Bir çox soyuducu istehsalçısı qapı hissəsində xüsusi bölmələr hazırlasa da, mütəxəssislər bu vərdişin gələcəkdə ağır fəsadlara yol aça biləcəyi ilə bağlı xəbərdarlıq edir.Qida təhlükəsizliyi üzrə ekspertlərin fikrincə, soyuducunun qapısı gün ərzində dəfələrlə açılıb-bağlandığı üçün bu hissədə temperatur daim dəyişir. Qapı hər dəfə açıldıqda yumurtalar otaq temperaturundakı isti hava ilə təmasda olur. Bu kəskin temperatur dalğalanmaları yumurta qabığındakı mikroskopik məsamələrin genişlənməsinə şərait yaradır.Məsamələrin genişlənməsi nəticəsində qabığın xarici səthində mövcud olan Salmonella kimi təhlükəli bakteriyalar asanlıqla yumurtanın daxilinə sızır. İsti və soyuq havanın daimi əvəzlənməsi bakteriyaların çoxalmasını sürətləndirərək qidanın bioloji dəyərini itirməsinə və zəhərlənmə riskinin artmasına səbəb olur.Yumurtaların təravətini qorumaq üçün onları soyuducunun orta və ya alt rəflərində, temperaturun sabit olduğu hissələrdə saxlamaq tövsiyə edilir. Onları öz karton qutusunda saxlamaq digər qoxuların hopmasının qarşısını alır və nəmlik balansını tənzimləyir. Digər mühüm məqam isə yumurtaları soyuducuya qoymazdan əvvəl yumamaqdır. Çünki yuyulma zamanı qabıqdakı təbii qoruyucu təbəqə yox olur və infeksiyalara qarşı müdafiəsiz qalır. Yumurtanı yalnız istifadə etməzdən dərhal əvvəl yumaq ən təhlükəsiz üsul hesab olunur.Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.